Haqqımızda
Kalibri - Azərbaycan mediasının monitorinq xidmətidir. Onlayn xəbər saytları, gündəlik qəzetlər, TV və radio stansiyalarını izləyərək müştərilərimizi harada nə yazıldığından operativ olaraq xəbərdar edirik. Sosial media kanallarının monitorinqi xidməti isə müştərilərə öz haqqında nə deyildiyini bilmək üçün əlavə imkanlar yaradır. Kalibri ilə heç bir xəbər nəzərdən qaçmayacaq Kalibri - həm də mətbuat orqanları üçün faydalı bir resursdur. Çünki, yazılanların ünvanına operativ olaraq çatdırılmasını biz təmin edirik. Xidmətlərimiz barədə əlavə məlumat əldə etmək üçün info@Kalibri.az ünvanına e-mail göndərə və ya bizə zəng edə bilərsiniz.