Xidmətə qoşulma
Kalibri xidmətindən istifadə etmək ödənişlidir. Müştərilərimiz əsasən şirkətlər və dövlət qurumlarıdır. Öz barəsində və ya ona maraqlı sahələrdə yazılanlardan vaxtında xəbərdar olmaq istəyən fiziki şəxslər və iş adamları da Kalibri xidmətinə abunə ola bilərlər. Xidmətə qoşulmaq istəyinizi bizə bildirdikdən sonra əməkdaşımız sizinlə əlaqə saxlayaraq görüş təşkil edəcək və ehtiyaclarınızı öyrənəcək. Daha sonra xidməti test etmək üçün imkan yaradılacaq, keyfiyyət sizi qane etdiyi halda monitorinq xidmətinin alınması məqsədilə müqavilə bağlanacaq.